Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Salyan RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ediblər. Aksiya çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hisssəsindəki yol kənarlarına müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkilib. Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
