Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib-FOTO

ölkə
Fevralın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Zığ qəsəbəsində yerləşən 317 №-li tam orta ümumtəhsil məktəbində sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin müavinləri və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Səyyar görüşdə məhəllədaxili yollarda asfalt örtüyünün salınması, elektrik təchizatında yaranmış problemlərə dair və s. qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir