2024-cü ilin dekabrında keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya parçalanma təhlükəsi ilə üzləşib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Lavrov qeyd edib ki, 2024-cü ilin dekabr hadisələri baş verəndə Suriya dövləti, bir sıra digər qonşu dövlətlər – İraq, Yəmən və Liviya kimi dağılmaq təhlükəsi ilə üzləşdi və bunun növbəti dövrlərdə baş verməsi istisna deyil.
Onun sözlərinə görə, bütün bunlar regiona, o cümlədən Suriya Ərəb Respublikasına heç bir xeyir gətirməyən 2011-ci ilin “Ərəb Baharı”nın nəticəsidir.
Rusiya-Suriya münasibətlərin hazırkı vəziyyətinə toxunan nazir Moskva ilə Dəməşq arasında qarşılıqlı hörmətin qorunduğunu vurğulayıb.
“Biz görürük ki, bu hisslər süni deyil. Onlar xalqdan gəlir. Biz hər cür qarşılıq veririk”, – o qeyd edib.
MM.AZ
