Vaxtilə erkən nikah məsələsi cəmiyyətdə indiki qədər müzakirə olunmurdu.
MUASİRMEDİA.AZ xəbər verir ki,Hətta bir çox hallarda qızların yaşı az olsa belə ailə qurması adi qarşılanırdı. Çünki həmin dövrlərdə bu sahə qanunvericiliklə indiki kimi ciddi şəkildə tənzimlənmirdi. Əsas məqsəd isə nikah üçün rəsmi yaşın kağız üzərində artırılması olurdu. Süjetimizin qəhrəmanı 110 yaşlı Gülcahan nənədir. O, Yardımlı rayonunda dünyaya gəlsə də, hazırda Sabirabad rayonunun Çiçəkli kəndində yaşayır. Gülcahan nənənin ailədə yalnız bir qardaşı olub. Lakin qardaşı İkinci Dünya Müharibəsində həlak olduğu üçün ailənin bütün yükü bir növ onun üzərinə düşüb. Cəmi 3-cü sinfə qədər təhsil alan Gülcahan nənə həyatın çətinlikləri ilə çox erkən yaşda üzləşib və 15 yaşında ailə qurmağa məcbur olub. Övladlarının sözlərinə görə, o dövrdə nikahın rəsmiləşdirilməsi üçün Gülcahan nənənin yaşı sənədlərdə bir qədər artırılıb. Bu isə o illərdə erkən nikahların necə həyata keçirildiyini göstərən nümunələrdən biridir. İndi isə uzun ömür yaşamış Gülcahan nənə gənc qızlara tələsməməyi tövsiyə edir. O deyir ki, ailə qurmaq həyatda ən ciddi qərarlardan biridir və belə addım atmadan əvvəl hər kəs yüz ölçüb bir biçməlidir. Qeyd edək ki, artıq 110 yaşını haqlayan Gülcahan nənə nəvə və nəticələrinin dəqiq sayını belə xatırlamır. O, ömür boyu 6 övlad böyüdüb və onların hər birinin ali təhsil almasına nail olub. Uzun və keşməkeşli həyat yolu keçən Gülcahan nənənin həyat hekayəsi bir tərəfdən keçmiş dövrün çətinliklərini xatırladırsa, digər tərəfdən gənc nəsil üçün dəyərli həyat dərsi kimi səslənir.

https://www.youtube.com/watch?v=BAJ3pH1bSP8
MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu
Yaqub Mehdioğlu