Xalq artistimiz Ələsgər Ələkbərov aktrisa Hökümə Qurbanova ilə qonşu olub

Mədəniyyət
Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Lakin Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: “Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm”, – söyləyir. İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam…” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.
Ayrılandan sonra hər iki sənətkar uzun illər biri-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” – deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.
Fotoğraf açıklaması yok.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir