Qazaxıstanda neft bazasında PARTLAYIŞ: YARALILAR VAR

Dünya

Qazaxıstanın Jezkazqan şəhərində neft bazasında baş verən güclü partlayış nəticəsində 4 nəfər yaralanıb.

Bu barədə TASS məlumat yayıb.

Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, üç xüsusi təyinatlı avtomobil yanıb, ardınca qaz-hava qarışığının partlaması, ardınca anqarın dağılması baş verib. Yanğının sahəsi 100 kvadratmetr olsa da, söndürülüb.

Hazırda yanğının səbəbi müəyyənləşdirilir.

 MÜASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir