Polis Akademiyasında nəzəri biliklərlə praktiki təcrübənin vəhdətinə əsaslanan tədris prosesi çərçivəsində təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri təşkil olunub.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həbib Həbibli “Cinayətin subyektiv cəhəti”, Bakı şəhər BPİ-in İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Samir İsmayılov “İttihamın elan edilməsinin prosessual qaydası və ittihamın elan edilməsi zamanı tərtib edilən sənədlər”, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Əlibala Hacıyev “Cinayət işləri üzrə ittihamın elan edilməsinin prosessual qaydası”, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlər istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Nicat Osmanov “Cinayət prosessual sənədləşmə”, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis mayoru Mahmud Quliyev “İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı” mövzuları üzrə mühazirə, seminar və təcrübə dərslərinə cəlb olunublar.
Mühazirələr zamanı kursantlara cinayətin subyektiv cəhəti, ittihamın elan edilməsinin prosessual qaydası və ittihamın elan edilməsi zamanı tərtib edilən sənədlər, cinayət prosessual sənədləşmə, ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı haqqında geniş məlumat verilib. Həmçinin, cinayət prosessual sənədləşmə və məhkəmə istintaqının gedişatı barədə real təcrübələrdən nümunələr təqdim olunub.
Mütəxəssislər tərəfindən təqdim olunan təcrübə əsaslı izahlar kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Dərslər ərzində kursantlar mövzular ətrafında müzakirələr apararaq öz suallarını mütəxəssislərə ünvanlayıblar.
	MM.AZ
