ABŞ-da rejimin vəzifə iyerarxiyasında ikinci sayılan Vens Ermənistanda.

Dünya
ABŞ-da rejimin vəzifə iyerarxiyasında ikinci sayılan Vens Ermənistanda.
Qısa notlar.
1. Real siyasi nəticə: Paşinyanın gələcək seçkilərdə yenidən seçilməsinin ABŞ-ın maraqlarına daha yaxın olduğunu nümayiş etdirir;
2. Real, maddi tərkibi olan nəticə: Ermənistana 11 milyon dollar dəyərində pilotsuz hava aparatları satışı olacaq;
3. Mifik dəli sayaqlaması nəticəsi (“vozdux” satışı): ABŞ ilə Ermənistan arasında mülki nüvə sahəsində, guya 9 milyard dollar qiymətləndirilə biləcək layihə.
Bu məsələyə bizim dahi siyası ekpırtlar, ermənilərdən daha çox sevinirlər və bunu belə təbliğ ediirlər: Trampın abışı Ermənistana gəlsə, bu Putinin rusiyasından daha çox əmin-amanlıq gətirəcək.
Həmən deyim, bu heç real bir mövzu deyil, nəinki layihə. Ona görə ki:
a) Ermənistanda nə sənaye tələbatı, nə də maliyyə mənbəyi var ki, yeni nəsil böyük atom elektrik stansiyası (AES) tikilsin;
b) Böyük (bir reaktorun gücü 1000-1200 MVt olan) AES-lərin layiyələri 1kVt qurulmuş güc üçün ≈6500-7.000 USD kapital qoyuluşu tələb edir. Yəni, iki AP1000 (Westinghouse) reaktorundan ibarət bir AES üçün ən azı 13.000.000.000 USD kapital qoyuluşu lazımdır;
Rusiyanın ВВЭР-1200 reaktoru ilə bənzəri layihələr 15-18% daha az kapital qoyuluşu tələb edir.
c) Əgər söhbət kiçik modul tipli reaktorlardan gedirsə – burada məsələ daha fərqlidir. Hazırda dünyada iki reallığa yaxın layihə var:
▪️ACP100 – China National Nuclear Corporation, 2026-cı ilin payızında ilk reactor istismara veriləcək;
▪️BWRX-300 – GE Vernova Hitachi Nuclear Energy.
Əgər BWRX-300 nəzərdə tutulursa, bu reaktorun özü hələ ki, sinqaldan belə keçməyib, amma BWRX-300 real bir layihə həyata keçirilir. Kanadanın Ontarion vilayətində, 4 BWRX-300 reaktordan ibarət olacaq layihə həyata keçirilir. Ümumi quruluş gücü 1200MVt (4×300=1200). Layihənin qiyməti 15,1 milyard USD. Yəni, 1kVt qurulmuş güc üçün kapital qoyuluşu 12580 USD!!! Böyük AES-lərdən ≈80% daha çox.
❗️Əgər ölkə daxilində, elektrik enerjisinin şəbəkəyə (istehlakçılara yox) satışının qiyməti 0,14-0,15 USD/kVt*saat-dan aşağıdırsa, modul tipli reaktorlara investisiyanın mənası yoxdur.
d) Vensin (rus dilində gözəl ifadə var: нечленераздельное) texniki, iqtisadi hətta linqvistik bir mənası olmayan “…ilk etapda bura 5 milyard USD import oluna bilər, sonra əlavə materiallara isə 4 milyard USD investisiya qoyuluşu nəzərdə tutalacaq…” sözləri nəyi ifadə edir –heç kəs bilmir.
e) Vens ilə Paşinyanın imzaları ilə nümayiş etdirilən sənəd A4 formatının 4/5 hissəsi böyüklükdə mətn idi. Burada, reallıq qalsın bir yana, ciddiyət axtarmaq axmaqlıqdır.
Nəticə:
Vensin bu gün Bakıda, bütün dünyada olduğu kimi, nağıl satışının istiqamətlərini belə görürəm:
▪️Tərəflərin Xəzər dənizində ekoloji problemlərin həllində birgə əməkdaşlığını;
▪️Tərəflərin çətin hasilatlı neft qaz yataqlarının birgə tədqiqatı istiqamətində fəaliyyətin koordinasiyasını;
▪️Tərəflərin regionun iqtisadiyyatına təkan verəcək birgə layihələrdə digər region ölkələri ilə əməkdaşlığı da nəzərdə tutan işləri analız edəcək komissiyanın qurulmasını
…. nəzərdə tutan bir neçə sənəd imzalanmışdır.

Oval Ofis ve kürsü görseli olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir