41 yaşında icra başçısı təyin edilən Nurlan Hacıyev

ölkə

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nurlan Hacıyev bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. O, həmin vəzifəyə 2025-ci ilin avqust ayında təyin edilmişdi.

1985-ci il təvəllüdlü olan Nurlan Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Hacıyev sonrakı illərdə “Naxçıvanbank” ASC-nin Culfa rayon filialının rəhbəri vəzifəsində işləyib.

MUASIRMEDIA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir