Türkiyədə Azərbaycanlı qruplaşmalar arasında kütləvi dava – Yaralılar var

Kriminal

Türkiyənin Tokat şəhərində Azərbaycanlı qruplaşmanın üzvlərinin qarışdığı mübahisə qanla bitib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Tokat Millet Bahçesi” adlanan ərazidə ötən gün Azərbaycan vətəndaşlarından ibarət iki qrup arasında “yan  baxmaq” mübahisəsi ilə başlayan davada 3 nəfər bıçaqla yaralanıb. Hadisədə şübhəli AR 3 nəfəri bıçaqlayaraq qaçmaq istəyərkən “Tokat Millet Bahçesi”nin   mühafizəçiləri tərəfindən yaxalanıb və polisə təhvil verilib. Yaralılar Tokatdakı xəstəxanalarda müalicə olunub.  AR isə polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi məhkəmə tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə tutularaq həbsxanaya göndərilib.

Tokat Bələdiyyə Başçısı Yazıcıoğlu Milli Bağçada bıçaqlı davanın qarşısının alınmasında uğur qazanan mühafizəçi Mehmet Kaymakı mükafatlandırıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir