Azərbaycan cüdoçuları beynəlxalq toplanışda – Foto

İdman

Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris Böyük Dəbilqə turnirindən dərhal sonra başlanan hazırlıq prosesinə Azərbaycandan 33 idmançı qatılıb.

Fevralın 6-dək davam edəcək təlimlər Bakı Böyük Dəbilqə turnirinə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Bakı Böyük Dəbilqə turniri 14 – 16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir