Türkiyənin tanınmış aktyoru vəfat edib

Dünya

Türkiyəli sənətçi, aktyor, rejissor, tərcüməçi və yazıçı Ahmet Levendoğlu 80 yaşında vəfat edib.

Aktyorun ölüm səbəbi bəlli deyil. O, 8 aprel çərşənbə günü saat 11.00-də Atatürk Mədəniyyət Mərkəzi Teatr Salonunda keçiriləcək mərasimdən sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.

Təlimatçılıqdan aktyorluq və rejissorluğa, teatr rəhbərliyindən tərcüməçiliyə və jurnalistliyə qədər teatrın hər sahəsində fəaliyyət göstərən Levendoğlu Robert Kollecindən məzun olub. Robert Kollecdə oxuduğu illərdə səhnə tozu udmaq onu İngiltərənin Royal Academy of Dramatic Art məktəbinə təqaüd almış tələbə olaraq aparıb. Bu, eyni zamanda Türk hökumətinin xaricdə teatr təhsili alan bir tələbəyə verdiyi ilk təqaüd olub.

Teatr karyerasına Londrada başlayan Levendoğlu İngiltərənin önəmli şəhər teatrlarından “Exeter”dəki “Northcott Theatre”da bir mövsüm aktyorluq edib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir