22 Aprel Beynəlxalq Yer Kürəsi Günüdür.

Dünya


Beynəlxalq Yer Kürəsi Günü əvvəllər “Ağac Günü” adı ilə qeyd olunmuşdur. Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk “Ağac Günü”ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi. 1970-ci ildə “Ağac Günü”nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir