Polis Lerikdə çətin relyefdə əməliyyat keçirdi – 20 kiloqram narkotik götürüldü.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan narkoşəbəkə zərərsizləşdirilib.
Əməliyyat tədbirləri ilə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıb. Onlardan 20 kq marixuana və 1990 ədəd metadon həbi götürülüb. Digər 3 şəbəkə üzvü – Vurğun Qasımlı, Rəşid Ağazadə və Emin Əhmədov qaçmağa çalışsalar da, çətin relyefli ərazidə yaxalanıblar.
Onların istifadə etdiyi avtomobildən də əlavə narkotik aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, bu şəxslər İran vətəndaşından əldə etdikləri narkotikləri satış məqsədilə paytaxta daşıyırmışlar.
Faktla bağlı cinayət işi başlanılıb, şəbəkə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

muasirmedia.az