Bu gün Sentyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Ağdərə rayonunun Həsənriz, Xocalı rayonu Badara, Şuşakənd, Seyidbəyli, Daşbulaq, Xocavənd rayonunun Qırmızıbazar, Sos kəndlərinə köçlə bağlı püşkatma keçirildi. Sevindirici haldır ki, artıq köçlə bağlı yaşayış məskənlərimizin sayı gün-gündən artır. İctimai Şura olaraq mən, və Şura üzvləri Səbuhi Hüseynov, Aqil Camal, Babək Aslanov bu mərasimdə iştirak etdik. Vətəninə dönən keçmiş məcburi köçkünlərin sevinc hissini izləmək çox xoş idi. Komitə tərəfindən köçən sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirici video çarx da təqdim olundu. İctima Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffav təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Vətənlərinə geri dönən keçmiş məcburi köçkünlərimizi təbrik edirik!





MM.AZ