Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!

Təhsil
Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində məktəbdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan Əli Mənəflinin adına yaradılmış sinif otağının açılışı olub və əziz xatirəsinə ehtiram əlaməti olaraq ağac əkilib.
Daha sonra davam edən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb. Bu maddələrdən istifadə edən şəxslərdə yaranan asılılıq barədə geniş məlumat verən şöbə rəisi, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görüldüyünü, qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirildiyini qeyd edib.

Görüşün sonunda şagirdləri və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir film nümayişi və sual-cavabla yekunlaşıb.

MM.AZ