Mehriban xanım Əliyeva və ailə üzvləri, xanım Həkimə (s. ə.) ocağını ziyarətə gəlmişdilər

DIN
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri, ənənəyə sadiq qalaraq, xanım Həkimə (s. ə.) ocağını ziyarətə gəlmişdilər.
Mehriban xanım şanlı qələbəmizin 5-ci ildönümü ərəfəsində şəhidlərimizə rəhmət, ölkəmizə əmin-amanlıq, xeyr-bərəkət diləyərək Allaha dualar etdi. Xanım Həkimənin və şəhidlərimizin ruhuna Quran oxuduq. Daha sonra Mehriban xanım bizdən Bibiheybət məscidini ziyarətə gələn zəvvarlara, müsəlman bacı və qardaşlara onun salamını çatdırmamızı xahiş etdi.
Biz də öz adımızdan əhli-beyt ocağı olan xanım Həkimə (s. ə.) ziyarətgahını hər zaman diqqət mərkəzində saxladığı üçün əziz Mehriban xanıma təşəkkür edirik. Allah qəbul eləsin!

MM.AZ