Vətən Müharibəsi Qəhrəmanımız Anar Şükürovun (1977-2020) şəhidlik zirvəsinə ucaldığı gündür

HƏRBİ
Vətən Müharibəsi Qəhrəmanımız Anar Şükürovun (1977-2020) şəhidlik zirvəsinə ucaldığı gündür. Vətən müharibəsinin ilk günündən hərbi komissarlığa dəfələrlə müraciət etsə də, ona hələ gözləməli olduğu bildirilirlər. Bundan sonra o, 1-ci Ordu Korpusunu rəhbərliyinə müraciət edib və Ordu Korpusunun Komandanlığın yardımı ilə “Həmlə” Taborunun Komandiri olaraq döyüşlərə cəlb olunub. Suqovuşanın azadlığı uğrunda savaşıb. Oktyabrın 16-da Ağdərə istiqamətində döyüşdə şəhid olub. Döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. İki övladı yadigar qalıb.
Allah rəhmət eləsin!

MM.AZ