Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair-publisist, AYB və AJB üzvü Rəsul Rza Beynəlxalq mükafatı laureatı, Prezident təqaüdçüsü dostum-qardaşım Şərafəddin İlkinin 60 illik yubileyi ilə yanaşı “Sevgidən yazır qələm” adlı kitabının təqdimatı tədbiri keçirildi.
Ölkənin ünlü şair və yazıçılarının, ziyalıların, ictimai xadimlərin, habelə digər qəbildən olan insanların, ” Borçalı cəmiyyəti” içtimai birliyinin sədri Ramiz Həsənov, eləcə də AYB-nin əməkdaşlarından Rauf Aslanov, Səlim Babullaoğlunun, Seyran Səxavətin birgə iştiraki ilə keçirilən tədbirdə çıxıs edən hər kəs şairin sadə, səmimi, eyni zamanda zəngin bədii-fəlsəfi yaradıcılığından söz açdılar şəxsi keyfiyyətlərini dilə gətirdilər.

Tədbirin sonunda xatirə şəkli çəkildi!
Dostum Şərafəddin İlkini bir daha ömrünün müdrikliyə aparan 60-cı pilləsində səmimi qəlbdən salamlayır, ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram!

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN BAŞ REDAKTOR
GÜLƏR AMİN BAŞ REDAKTOR