… O, isə Azərbaycan adlı sevgi gəzdirir qəlbində … Vətənin müstəqilliyi onun üçün hər şeydən ucadır … Cünki heç kimdən asılı olmamaq böyük nemətdir … Azadlığı, suverenliyi qanı ilə qazanan xalqım bu gün onu parçalanmaqdan qoruyan bir şəxsiyyətin varisinin ad gününü qeyd edir … O varis ki ata nəsihətinə əməl etdi … O varis ki uzaqgörən siyasəti nəticəsində 30 ildən sonra xalqı ata-baba torpaqlarına qovuşdurdu .. Onun siyasəti dünya liderlərini mat qoyub … Onun Vətənə məhəbbəti, xalqına sevgisi bir ayrı mövzudu … Onun Tanrısına eşqi bir başqadır … Getdiyi hər yerdə abadlıq yaradır … Olduğu hər tərəfi abadlaşdırir … Təkcə özü deyil ailə üzvləri də bütün varlıqları ilə bu xalqa bağlıdırlar … Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev @presidentaz (24.12.1961) siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir … Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır … Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir … Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur … 5 il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu … Bütün dünya Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı … Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı … Bu gün bizə bu qüruru yaşadan lider, doğum gününüz mübarək! .





