Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verib

Cəmiyyət
Nemət Pənahlı Elçibəy haqqında nəsə deyib. İndicə xəbər oxudum ki, buna görə Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verib.
Elçibəyin oğlu bilməlidir ki, ağcaqanada vurulan şapalaq adamın özünə dəyir. Əgər bu qədər jurnalisti, siyasi, ictimai fəalı şərləyib həbs edən hakimiyyətin məhkəməsi onun şikayətini təmin eləsə, bu, Elçibəy üçün uğur yox, uğursuzluqdur.
İkincisi, belə bir məhkəmədə Nemət Pənahlıya qalib gəlməkdənsə, ona uduzmaq adamın başını daha uca edər. Mən arzu edirəm ki, bu məhkəmə Elçibəyin oğlunun yox, Nemət Pənahlının tərəfində olsun.
Üçüncüsü, Elçibəy demokrat olub. Sağlığında ona sağdan da döşəyiblər, soldan da. Ən ağır təhqirlər eləyiblər, amma bəy heç kimi məhkəməyə verməyib. İndi onun oğlu Elçibəyə deyilən böhtana görə kimisə məhkəməyə verirsə, bu o deməkdir ki, adam atasını mahiyyəti üzrə tanımır. Kəramət BÖYÜKÇÖL

MUASİRMEDİA.AZ
KƏRAMIT BÖYÜKÇÖL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir