Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası (KDR) və Uqandada yayılan Ebola qızdırması partlayışını beynəlxalq miqyaslı fövqəladə hal elan edib. Qurum rəsmiləri mövcud vəziyyətin hələlik pandemiya deyil, epidemiya xarakteri daşıdığını xüsusi vurğulayıblar.
Hazırkı yoluxma dalğasına virusun “Bundibuqio” ştamı səbəb olub. Narahatlıq doğuran əsas məqam isə odur ki, bu ştama qarşı hələlik təsdiqlənmiş hər hansı effektiv dərman preparatı və ya vaksin mövcud deyil.
MUASİRMEDİA.AZ
