Ayda ev tikmək üçün ən böyük problem nədir?

Dünya
Ayda ev tikməyin ən böyük çətinliyi tikinti materialından çox, amansız kosmik mühitdir.
Orada atmosfer olmadığı üçün insanlar güclü kosmik radiasiya və mikrometeoritlərdən qorunmalıdır.
Gündüz temperaturu təxminən +127°C, gecə isə −173°C-yə qədər dəyişdiyindən yaşayış məntəqələri bu kəskin fərqlərə davam gətirməlidir. Həmçinin Ay tozu çox incə və iti hissəciklərdən ibarətdir, avadanlıqlara zərər verir və insanlar üçün təhlükəli ola bilər.
Su, oksigen və tikinti materiallarının böyük hissəsini Yerdən aparmaq isə son dərəcə baha başa gəlir. Buna görə mütəxısislər Ayın öz torpağından (reqolitdən) istifadə edərək 3D çap texnologiyası ilə yaşayış məntəqələri tikmək üzərində işləyirlər.
Gələcəyin Ay evləri, çox güman ki, səthin altında və ya qalın reqolit təbəqəsi ilə örtülmüş şəkildə inşa ediləcək
şunu diyen bir yazı 'Ayda ev tikmak?' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir