Heydər Əliyevin ədəbiyyatımıza ,tariximizə olan hörməti

ƏDƏBİYYAT Tarix
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir. Bakıya döndükdən sonra isə Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir.
Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı, Rəsul Rza və alim Araz Dadaşzadə Azərbaycanın Valyuta Fondu hesabına Suriyaya ezam edilirlər. Hələbdən Nəsiminin 4 divanı, biri farca, biri ərəbcə, ikisi türkcə Azərbaycana gətiriləndən sonra Heydər Əliyev filmin çəkilməsinə göstəriş verir. Filmi çəkmək isə yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyliyə həvalə edilir.İlk dəfə “Nəsimi” filmi valyuta ilə alınan “Kodak” markalı kino plyonkasına çəkildi ki, keyfiyyətli olsun. Kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul ayrıldı ki, film yaxşı çəkilsin. “Nəsimi” filmi üçün Heydər Əliyev on ədəd çox bahalı xalça belə hədiyyə etmişdi.”Nəsimi” yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbii idi.
İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və abidənin qoyulması yolunda olan bütün maneələr Ulu Öndər tərəfindən qətiyyətlə aradan qaldırılmışdır.Məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

MUASİRMEDİA.AZ
TARİX GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir