Azərbaycanın ilk Milli Qəhrəmanı – Valeh Müslümov

Cəmiyyət
Bu gün Azərbaycan polisinin şərəfli xidmət yolunun 108 ili tamam olur. Xalqımızın təhlükəsizliyinin, dövlətimizin sabitliyinin və qanunun aliliyinin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan polisi hər zaman Vətənə sədaqətin, cəsarətin və fədakarlığın rəmzi olmuşdur. Bu müqəddəs peşənin şərəfini uca tutan, xidməti borcunu canı bahasına yerinə yetirən qəhrəmanlarımız xalqımızın qəlbində əbədi yaşayacaqlar.
Azərbaycanın ilk Milli Qəhrəmanı – Valeh Müslümov
Valeh Əlizaid oğlu Müslümov 2 sentyabr 1968-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1983-cü ildə Lerik rayon 2 saylı orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Sumqayıt şəhərində 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət tikinti sahəsində çalışmış, 1986–1988-ci illərdə hərbi xidmət keçmişdir.
1991-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlamışdır. Şuşa, Tovuz və Qubadlı istiqamətlərində gedən döyüşlərdə igidlik və yüksək peşəkarlıq nümayiş etdirmişdir.
10 aprel 1992-ci ildə Marquşevan kəndi uğrunda gedən ağır döyüşlərdə son nəfəsinədək Vətən uğrunda vuruşmuş, qeyri-bərabər döyüşdə qəhrəmancasına yaralanmış və çoxlu qan itirməsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümovun şərəfli ömür yolu Vətənə sonsuz məhəbbətin, cəsarətin və fədakarlığın parlaq nümunəsidir. Onun adı xalqımızın qəhrəmanlıq salnaməsində qızıl hərflərlə həkk olunmuşdur. Əziz xatirəsi daim ehtiramla yad edilir və gələcək nəsillər üçün örnək olaraq yaşayacaq.
Ruhu şad, xatirəsi əbədi olsun
şunu diyen bir yazı 'LERİKRAYON LERİK RAYON POLISİDARSI POLIS İDARaSİ ဘ ្ំ 2 İYUL POLİSLAR PEȘA POLISLRPEŞAGÜNÜDÜR GÜNÜDÜR 108 108İLÖTÜR İL ÖTÜR Tedoe XÜSUSİ XÜSUSİTEYİNATLI ŞHİD VALEH MÜSLÜMOV AZARBAYCAN xüsusi TAYİNATLI POLİS Dastasi AZARBAYCAN MİLLİ İLK QaHRAMANI 02.09.1968 10.04.1992 1991 ci lin avqustunda DIN-nin Xüsusi Tayinatlı Milis Destasinde xidmata başlayır. Şuşa Tovuz ขอ Qubadlida keçirilan döyüş amaliyyatlarnda iştirak edir. 1992-cii aprel ayının 10-da[2] Marquşevan kandinda gedan döyüşda gahramanlıq göstarir, - rabar döyüşda yaralanır, çoxlu qan itirdiyinden onun hayatı ni xilas etmak mümkün olmadı. NaNiNI FAXR EDİR!' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir