Cəlilabadda zəncirvari qəza olub, xəsarət alan var. Cəlilabadda 2 minik avtomobili və 1 sərnişin mikroavtobusu toqquşub.Hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad şəhəri ərazisində qeydə alınıb. “Mercedes” markalı şəhərdaxili sərnişindaşıma mikroavtobusu hərəkətdə olarkən “Volkswagen” markalı minik avtomobili və “Daewoo” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “Volkswagen” nun sürücüsü xəsarət alıb. Qeyd edək ki, mikroavtobusda da sərnişinlər olub və heç biri xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ