Avstraliya mənşəli Amerika riyaziyyatçısı, Kaliforniya Universitetinin professoru Terens Tao (17 iyul 1975) iki yaşında “Sesame Street”-ə baxaraq oxumağı öyrəndi və digər uşaqlara rəqəmsal kublardan istifadə etməklə saymağı öyrətməyə çalışdı.
Doqquz yaşında o, SAT-M (kollec abituriyentlərinə verilən SAT-ın riyaziyyat versiyası) imtahanı verdi və 99 bal topladı. O, fəlsəfə doktoru elmi dərəcəsini 20 yaşında aldı. Otuz yaşında olanda, riyasiyyat üzrə Nobel mükafatı sayılan “Fields” medalına və MacArthur təqaüdünə layiq görüldü. Terens Taonun riyaziyyatdan mühazirələrinə iri futbol stadionları ilə dolu azarkeş yığılır.

Dr. Taonun əsas işləri harmonik analiz, xüsusi törəməli differensial tənliklər, ədədlər nəzriyyəsinə aiddir.
Onun gənc riyaziyyatçılara tövsiyəsi: “Düşünürəm ki, riyaziyyata marağı inkişaf etdirmək üçün ən vacib şərt riyaziyyatla sərbəst oynamağı bacarmaq və sərbəst davranmaqdır-özünüzə kiçik məsələlər qoya bilmək, kiçik oyunlar icad etmək və s. Yaxşı mentorların olması mənim üçün çox vacib idi, çünki bu, mənə bu cür riyazi əyləncələri müzakirə etmək imkanı verdi; formal sinif mühiti, əlbəttə ki, nəzəriyyə və tətbiqləri öyrənmək və ümumilikdə mövzunu qiymətləndirmək üçün ən yaxşısıdır, lakin təcrübə aparmaq üçün, bura çox da yaxşı yer deyil. Dərsdə yalnız qismən başa düşdüyüm hansısa anlayış məni qane etmirdi. Mən narahat idim ki, izahat lazım olduğu kimi uyğun gəlmir. Buna görə də, mən demək olar ki, sıradan sadə nəzriyyələrə çox zaman sərf edirdim ki, onları içəridən və kənardan başa düşə bilim. Bu mövzunun daha mürəkkəb hissələrinə keçdiyiniz zaman həqiqətən kömək edir. Mən bir məsələyə baxıram və o, artıq həll etdiyim problemə bənzəyir; düşünürəm ki, bəlkə, əvvəllər işləmiş ideya burada da işləyəcək. Heç bir amil işləmədikdə, bir az yaxşı, lakin hələ də eyni olmayan kiçik bir hiylə ilə qarşılaşıram. Misal ilə oynayıram və bir müddət sonra nə baş verdiyini anlaya bilirəm.

MUASİRMEDİA.AZ