Valeh Kərimov: “Bəxt üzüyü”ndən sonra hamı elə bilirdi qazaxlıyam. Əslində belə deyil”. Film barədə maraqlı məqamlar: Adətən, “Bəxt üzüyü” kimi filmlər 7-8 aya, bəzən bir ilə çəkilir. Amma bu film 2 aya çəkildi. “Bəxt üzüyü”nü maliyyələşdirən “Qaraqaya” Assosiasiyasınını rəhbəri Sədrəddin Daşdəmirov ilmi öz pulu ilə xalqa hədiyyə elədi. Amma şərt qoydu ki, iki aya bitməlidir. O vaxt qonorar kimi 10 min sovet rublu aldım. Amma pullar veriləndə gecikdiyimə görə 1992-ci ildə aldım və pulun dəyəri oldu kağız. Film çəkiləndə iki ay ərzində yerli sakinlərlə dostlaşdıq. “Bəxt üzüyü”nün çəkildi bağın yiyəsi alim idi, o da kadrda var. Arif Quliyev bizi motosikletlə polis şöbəsinə aparır ha, istidə. Onda özü suyu içəndə doğrudan da bizə “yanıx” verirdi. Ramiz Əzizbəyli bunu qəsdən eləmişdi. Bu səhnə iyul ayında günorta saat 3-də çəkildi. Səhərdən bizə su vermirdilər ki, səhnə təbii alınsın. Filmdən sonra avtobusa minəndə qəribə qarşılayırdılar. Bir dəfə bir kişi söydü ki, bu bizim ləhcəni təhqir edir.

MM.AZ