Salyan Rayon Mərkəzi Xəstəxanası bu gün artıq regionun ən müasir səhiyyə ocaqlarından biri kimi fəaliyyət göstərir.
Xəstəxanada uzun fasilədən sonra uroloji əməliyyatlara da start verilib.İllərdir bu xidmətin olmaması səbəbindən sakinlər paytaxta üz tutmaq məcburiyyətində qalırdılar. Artıq bu əməliyyatlar elə yerli xəstəxanada – peşəkar həkimlərin iştirakı və müasir tibbi avadanlıqların köməyi ilə həyata keçirilir. Xəstəxananın həkimi, cərrah, uroloq – androloq Əmrah Əliyev deyir ki, “təkcə bu pediatirik – uroloji əməliyyatlar və geniş çaplı börək daş əməliyyatları artıq Salyan Rayon Mərkəzi Xəstəxanasında icrasına başlanılıb. İlk əməliyyatımız 8 yaşlı uşaq üzərində icra elədiyimiz piloplastik əməliyyat oldu, plastik uroloji əməliyyat oldu və bundan sonra da bizim planlarımız belədir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasında daha geniş çaplı uroloji əməliyyatlara başlayaq və start verək”Yeni imkanlardan təkcə salyanlılar deyil, qonşu rayonların sakinləri də yararlanır. TƏBİB-in həyata keçirdiyi islahatlar nəticəsində xəstəxanada uroloji xidmətlə yanaşı, müasir laboratoriya, imtiyazlı xəstələr üçün aptek, doğum evi, dializ mərkəzi və ən son texnologiyaya əsaslanan rəqəmsal rentgen cihazı da istifadəyə verilib. Bu avadanlıqların quraşdırılması pasiyentlərin daha dəqiq müayinədən keçməsinə, müalicə prosesində isə daha yüksək keyfiyyətli nəticələr əldə edilməsinə imkan yaradır. Mütəxəssislərin sözlərinə görə, rəqəmsal texnologiyalar sayəsində həm vaxt qazanılır, həm də səhvlərə yol vermək ehtimalı minimuma endirilir. Bu isə xəstələrin sağlamlığına daha etibarlı şəkildə xidmət göstərmək deməkdir. Əldə olunan yeniliklər bölgə əhalisi üçün böyük üstünlüklər yaradıb. İnsanlar əlavə yol qət etmədən, vaxt və vəsait itirmədən keyfiyyətli tibbi xidmət almaq imkanı əldə ediblər. Bir sözlə, müasir avadanlıqlar və peşəkar həkim heyəti sayəsində Salyan Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

MUASİRMEHDİ.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU