Dəvə qocalıb əldən düşür. Sahibini yanına çağırır ki, səndə bəzi haqqlarım var, gəl halallaşaq

ƏDƏBİYYAT
Dəvə qocalıb əldən düşür. Sahibini yanına çağırır ki, səndə bəzi haqqlarım var, gəl halallaşaq. Sahibi deyir necə yəni? Dəvə deyir:
-Mənim 2 çuvala gücüm çatdığı halda, mənə həmişə 3 çuval yükləmisən. Bu haqqımı halal edirəm. 5 günə gedəcəyim yolu, məni döyərək 4 günə getməyə məcbur etmisən. Bu haqqımı da halal edirəm. Günlük yeməyim 10 kilo olduğu halda, mənə 8 kilo yemək vermisən. Bu haqqımı da halal edirəm. Yenicə balalamışdım, qonağın gəldi deyə, balamı kəsib, qonağına yemək bişirib verdin. Bu haqqım da halal olsun…
Dəvənin gözləri uzaqlara dikildi. Bir neçə saniyə susdu, sonra dilləndi:
– Amma bir haqqım var ki, onu heç vaxt sənə halal etməyəcəm. On ildən çox eyni yolu getdim, yolu əzbər bilməyimə baxmayaraq hər dəfəsində mənim yüyənimi eşşəyin noxtasına bağlayıb, eşşəyi yol göstərmək üçün qabağa saldın ha, bax, onu sənə heç vaxt bağışlamayacam….
P. S… Həyatda da belə şeylərə çox rast gəlmişik, işçı çox bacarıqlı olduğu halda, ona rəhbərlik edən şəxs naşı, qanmaz olur.

MM.AZ