Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə keçirilən “Fərqliliyin rəngi” festivalı çox möhtəşəm və rəngarəng keçdi.
Dini konfessiyaların nümayəndələrinin sərgilədiyi kitablar və digər elementlər çox maraqla qarşılandı. Dinlərin, mədəniyyətlərin hətta incəsənət nümunələrinin fərqli nümayişi ilə davam edən tədbirin sonunda dini icma mənsublarının dövlətimiz, xalqımız üçün birgə dua etmələri bütün dünyaya örnək olası bir nümunə idi. Ziyalılar, millət vəkilləri, alimlər, mətbuat nümayəndələrinin də iştirak etdiyi sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri olaraq biz də iştirak etdik. Fərqli dini icmaların nümayəndələri ilə qarşılıqlı hörmət, ehtiram, səmimiyyət, məhəbbət, vəhdət şəraitində bir – birimizə daha da yaxınlaşdıq, bir-birimizi daha çox sevdik.

Elə hesab edirəm ki, “Fərqliliyin rəngi” festivalı mənəvi dünyamıza yeni bir rəng qatdı, dostluqlarımızı, həmrəyliyimizi daha da möhkəmlətdi. Mənəvi dünyamızı daha da zənginləşdirdi.
Belə bir möhtəşəm festivalın keçrilməsi təşəbbüsünə, yüksək təşkilatçılığa görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri hörmətli Ramin Məmmədov başda olmaqla Komitənin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm.
MUASİRMEDİA.AZ