Yeni baş məşqçi onların ikisindən də imtina etdi, “Neftçi” rəhbərliyi ŞOK OLDU!

İdman

«Neftçi»nin yeni baş məşqçisi Yuri Vernidub klub rəhbərliyini təəccübləndirb.

Dekabrın 9-da 1,5 illik müqaviləyə imza atmış ukraynalı onun üçün Bakının mərkəzində kirayələnmiş mənzilə köçməkdən imtina edib.

59 yaşlı mütəxəssis həmçinin gündəlik xidmət üçün nəzərdə tutulmuş maşına ehtiyac duymayıb.

Təcrübəli sükançı bildirib ki, o və köməkçiləri klubu artıq xərcə salmaq fikrində deyil – onlar Bakıxanov qəsəbəsində yerləşən bazada qalacaqlar.

Vernidub deyib ki, hazırda komandada işləri kifayət qədər çoxdur, harasa getməyə, istirahət etməyə vaxtları yoxdur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir