Rusiya faşizminin növbəti vəhşiliyi
Uzun müddət rusiya ərazisində əsirlikdə olan ukraynalı müdafiəçinin barmağlarini kəsiblər.
İyunun 14-də vətənə qayıdan ukraynalı məhbusa ruslar işgəncə veriblər. Xüsusilə də düşmən qoşunları ukraynalının barmağını kəsiblər..Bu barədə fəal Sergey Sternenko məhbus mübadiləsi günü yazıb. Əsirliyin üçüncü günündə ruslar Slavyanskdan olan ukraynalı əsgərin şəhadət barmağını kəsiblər.
“Soruşdum: niyə? Buna cavab verdilər ki, daha mənə [barmaq] lazım deyil. Və onu kəsdilər”, – müdafiəçi Ukraynaya qayıtdıqdan dərhal sonra jurnalistlərlə söhbəti zamanı deyib. Üstəlik, sonradan anasına şikəst gəncin fotoları da göndərilib.
Sosial şəbəkələrdə əsirlikdən azad edilən kişinin anası ilə görüşünün təsirli anı da nümayiş olunub. 14 İyun Şənbə günü İstanbul razılaşmaları nəticəsində bir həftə içində dördüncü mübadilə reallaşdı.
MUASİRMEDİA.AZ
TƏRCÜMƏ EDƏN GÜLƏR AMİN