Avropa liderləri Alyaska sammitindən sonra birgə bəyanatla çıxış ediblər

Dünya
Avropa liderləri Alyaska sammitindən sonra birgə bəyanatla çıxış ediblər. Almaniya Federal Mətbuat və İnformasiya İdarəsi tərəfindən dərc edilən sənəddə deyilir:
Ukrayna suverenliyini və ərazi bütövlüyünü effektiv qorumaq üçün sarsılmaz təhlükəsizlik zəmanətlərinə malik olmalıdır
-Ukrayna hakimiyyətinin və silahlı qüvvələrin üçüncü ölkələrlə əməkdaşlığına məhdudiyyət qoyulmamalıdır.
-Rusiyanın Ukraynanın Aİ və NATO-ya gedən yoluna veto hüququ ola bilməz.
– Trampın Ukraynadakı qətlləri dayandırmaq və Rusiyanın işğal müharibəsinə son qoymaq səyləri alqışlanır
-Avropa onun da dəstəyi ilə üçtərəfli sammit keçirmək üçün prezident Tramp və prezident Zelenski ilə işləməyə hazırdır.
Avropa ədalətli və davamlı sülh əldə edilənə qədər sanksiyaları sərtləşdirmək və Rusiyanın müharibə iqtisadiyyatına sərt təzyiq göstərmək üçün daha geniş iqtisadi tədbirləri təsdiqləyir.
Sənədi:
— Almaniya kansleri Fridrix Merz,
— Fransa prezidenti Emmanuel Makron,
— İtaliyanın baş naziri Corcio Meloni,
— Böyük Britaniyanın baş naziri Key Starmer,
— Finlandiya prezidenti Aleksandr Stubb,
— Polşanın baş naziri Donald Tusk,
— Avropa Komissiyası sədri Ursula f. d. Leyen
— Avropa Şurası sədri Antonio Kosta imzalayıb.
Belə çıxır, Avropa Alyaska görüşündə Trampın Putinin gətirdiyi şərtlərə razılaşmayıb, Ukrayna və Avropa mövqeyi tərəfini saxlamasından razı qalıb. Demək ki, vəziyyət Zelenskinin xeyrinədir.

4 kişi, Oval Ofis ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ