Almaniyada bir lisey direktoru hər tədris ilinin əvvəlində müəllimlərinə bu məktubu göndərirmiş:
“Ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim çox dəhşətli səhnələrin şahidi oldu. Yaxşı təhsil almış mühəndislərin inşa etdiyi qaz kameraları, yaxşı yetişdirilmiş həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının iynələri ilə ölən körpələr, lisey və universitet məzunlarının güllələyib yandırdığı insanlar.
Buna görə mən təhsildən şübhə duyuram. Sizdən istəyim budur: Şagirdlərinizin insan olması üçün çalışın. Səylərinizlə bilikli canavarlar və bacarıqlı psixopatlar yetişdirilməsin. Oxuyub-yazmaq, riyaziyyat – yalnız uşaqlarınızın daha çox insan olmasına kömək edirsə, o zaman əhəmiyyət daşıyır”.

MM.AZ