Paşinyanın tərəfdarları keçmiş prezidentlərin Bakıya ekstradisiyasın tələb edirlər-FOTO

Dünya
– “Nikol PAŞİNYAN TƏRƏFDARLARI KEÇMİŞ PREZİDENTLƏRİN AZƏRBAYCANA EKSTRADİSİYA OLUNMALARINI TƏLƏB EDİRLƏR”.
Erməni siyasi aktivist: – MENUA SOĞOMONYAN…
Ermənistanın “HayaKve” (ՀայաՔվե – Erm.Səs ver) Milli Vətəndaş Birliyinin üzvü Menua Soğomonyan “168.am“-ın efirində bildirib :
– “Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərinin (şəkildə) Azərbaycana ekstradisiya prosesinə başlayıb. O, onları separatizmdə ittiham edir, çünki onun fikrincə Qarabağ artıq Azərbaycan ərazisidir. Bu söhbət Azərbaycanda da eşidildiyinə görə, bəzi Nikol tərəfdarları da sosial şəbəkələrdə ekstradisiya tələbini yaymağa başlamışlar.
– Biz o qədər faciəvi vəziyyətdəyik ki, bu böyük təslim və məğlubiyyət zəncirinin hər bir halqasına diqqət yetirərək ətraflı müzakirə etməyə başlayırıq. Bir gün də gələcək ki, bizim keçmiş prezidentlərin də ekstradisiya olunub-olunmaması məsələsini də müzakirə edəcəyik. Əgər onları təhvil verməsək yenidən müharibə olacaq”.
Erməni mətbuatına istinadən.
5 kişi, haber odası ve yazı görseli olabilir
MM.AZ
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru.