Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb-yaratmış

Tarix
Cəlil Məmmədquluzadə  1906–1911-ci illərdə “Molla Nəsrəddin” jurnalını burada nəşr etdirmişdi. Burada ədibin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, “Molla Nəsrəddin” jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində yerləşib. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet işğalından sonra binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. Hazırda muzey qəzalı vəziyyətdədir.

MM.AZ