Ramiz Mehdiyev AMEA-dan da maaş alırmış.
Bu qədər malı, mülkü, varidatı, bankı olan adamın adı AMEA-da elmi işçi, AMEA-nın həqiqi müxbir üzvü kimi gedirmiş. Və düz 2000 ( iki min) manat maaş alırmış. Dövlət içində dövlət quran şəxsiyyətsizə 2000 manat maaş verən hakimiyyət sıra qazilərimizə gələndə pul “tapa bilmir”! Budurmu dövlət dediyimiz dövlətimizin ədalət tərəzisi? Ramiz Mehdiyev hansı elmi kəşfə imza atıb? Oğlu Teymur heç hərbi xidmətdə olmadığı halda Kəmaləddin Heydərov ona general-mayor rütbəsi verərək özünə müavin təyin etdi. Hansı əsasla? Ramiz Mehdiyevin qızı Kamilə ixtisasca zooloq olduğu halda Bakı Dövlət Universitetində “Sosiologiya və Psixologiya elmləri” kafedrasının müdiridir. Hansı əsasla?
MUASİRMEDİA.AZ