Sevil Əmirova 1953-cü il noyabrın 4-də Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub.
Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı “Sevil” operasının qəhrəmanı ilə bağlıdır. 1978–1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb. 1995–2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının üzvü, “Belçika-Azərbaycan Alyansı” mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub. 2004–2009-cu illərdə Yunanıstanın Afina şəhərində “Beynəlxalq Qadınlar Klubu”nun üzvü olaraq fəaliyyət göstərib. 2019-cu ilin noyabr ayından Brüsseldə qeydiyyatdan kecmiş “Fikrət Əmirov Beynəlxalq Assosiasiya”sının həmtəsisçisidir. Fikrət Əmirov irsinin qorunub saxlanılması, Azərbaycan klassik musiqisinin və zəngin incəsənətinin xarici ölkələrdə təbliğ edilməsinə yönəldilmiş fəaliyyəti dövründə Bakı Musiqi Akademiyasında Fikrət Əmirov adına nəfəs alətləri müsabiqəsinin keçirilməsinə dəstək olmaqla yanaşı onun təşəbbüsü və təşkilatcılığı ilə Avropanın Brüssel, Afina, Maastrix, Amsterdam, Haaqa və.s şəhərlərində müxtəlif illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə baglı, çoxsaylı konsert, yaradıcılıq gecələri, təqdimat, sərgi və müxtəlif tematik tədbirlərin keçirilməsinə nail olub.

MUASİRMEDİA.AZ