Tofiq Yaqublu bu gün Ali Məhkəmədə dedi ki, 1%, hətta 0.1% ədaləti və ləyaqəti olan məhkəmə axtarıram ki, ona günahsızlığımı sübut edim.
Məhkəmə formal olaraq Tofiq Yaqublunu daha ətraflı dinləməyə vaxt olsun deyə, təxirə salındı. Ancaq belə ehtimal da var ki, sonuncu instansiya məhkəməsinə Tofiq bəylə bağlı yekun qərar haqda təlimat hələ çatmadığına görə proses təxirə salındı.
Hakimiyyət Tofiq Yaqublu haqda son qərarını verərkən nəzərə almalıdır ki, Tofiq bəy bu qanunsuz həbsdən fiziki olaraq əziyyət çəkirsə, bu qanunsuz həbsə görə daha da hörmətdən düşən, mənəvi baxımdan daha da kiçilən və xırdalanan hakimiyyətin özüdür. Tofiq Yaqublunu azad etmək hakimiyyətin özü üçün də zərərin yarısından dönmək olar.

MUASİRMEDİA.AZ
