Polis olmaq istəyən gənc özünü necə hazırlamalıdır?

ölkə
Polis olmaq istəyən gənc özünü necə hazırlamalıdır?
Balakən Rayon Polis Şöbəsində Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlər və valideynlərlə görüş keçirilib. Məqsəd gənclərə polis peşəsinin mahiyyətini anlatmaq və bu yola necə hazırlaşmalı olduqlarını izah etmək olub.
RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov məktəblilərə müraciət edərək vurğulayıb:
✔ Bilik, xüsusən, tarix, ədəbiyyat və dil fənləri
✔ Sağlam həyat tərzi və fiziki hazırlıq
✔ İntizam və məsuliyyət hissi
✔ Cəmiyyətə faydalı olmaq arzusu
✔ Qanuna hörmət və vətənə sevgi
Bunlar polis peşəsinə aparan yolun əsas pillələridir.
Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, tədris mühiti, laboratoriyalar, kursantların sosial təminatı və gələcək karyera imkanları barədə ətraflı məlumat verilib.
Polis olmaq istəyən gənc bu gündən öz üzərində işləməli, biliyini, sağlamlığını və xarakterini formalaşdırmalıdır.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir