(Dəyərli insan,hörmətli
ağsaqqal Fərhad Dadaşov üçün)
Bir dalğalı dənizdi,
Qəlbi safdı, təmizdi,
Hamımıza əzizdi,
Sağ olsun Fərhad əmi.
Üzü bənzər günəşə,
Talehinə gün düşə…
Deyirəmki həmişə
Dağ olsun Fərhad əmi.
Xoş gəlsin ayı, ili
Bərəkətlidir əli,
Meyvəsi bol bəhrəli
Bağ olsun Fərhad əmi.
Ömür olmayır iki,
Canın sağ olsun təki,
Kaş yenə də əvvəlki
Çağ olsun, Fərhad əmi.
MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
