“Rəfah” keçidi gələn həftə hər iki istiqamətə səyahət üçün açılacaq.

Dünya

Misir-Qəzza zolağı sərhədindəki “Rəfah” keçidi gələn həftə hər iki istiqamətə səyahət üçün açılacaq.

MUASİRMEDİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Qəzza Milli İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat açıqlama verib.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, “Rəfah” keçidi gələn həftə açılacaq və hər iki istiqamətdə fəaliyyət göstərəcək” , – o qeyd edib.

O bildirib ki, Qəzza zolağının yenidən qurulması üçün hələ çox iş görülməlidir və “Rəfah” keçidinin açılması yalnız ilk addımdır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir