Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə irəli çəkiliblər.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb.
Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.
MM.AZ
