İran qonşu ölkələri ilə münaqişəyə girmək niyyətində deyil-Məsud Pezeşkian

Dünya

İran qonşu ölkələri ilə münaqişəyə girmək niyyətində deyil.

İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu X sosial media platformasında bildirib.

“İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə girmək niyyətində deyilik”, – deyə o yazıb.

Dövlət başçısı İranla qonşu müsəlman ölkələri arasındakı qarşıdurmadan yalnız İsrailin faydalandığını vurğulayıb.

 

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin İran rəhbərliyini bahar bayramı olan Novruz münasibətilə təbrik etmişdi. Ali Rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə və Prezident Məsud Pezeşkiana ünvanladığı mesajda İran xalqına bu ağır sınaqların öhdəsindən gəlmək üçün güc arzulayıb.

MUASİRMEDİA.AZ

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir