Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-offun növbəti yarımfinal oyunları keçirilib.
Türkiyə millisinin finaldakı rəqibi bəlli olub. Səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gələn Kosovo finala vəsiqə qazanıb.
Bundan başqa, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. Uels – Bosniya və Herseqovina və Çexiya – İrlandiya matçlarında isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya – Şimali İrlandiya – 2:0
23.45. Uels – Bosniya və Herseqovina – 1:1 (Əlavə vaxt)
B yolu
23:45. Ukrayna – İsveç – 1:3
24:45. Polşa – Albaniya – 2:1
C yolu
21:00. Türkiyə – Rumıniya – 1:0
23:45. Slovakiya – Kosovo – 3:4
D yolu
23:45. Danimarka – Şimali Makedoniya – 4:0
23:45. Çexiya – İrlandiya – 2:2 (Əlavə vaxt)
Final
Kosovo – Türkiyə
İsveç – Polşa
Avropa zonası üzrə pley-off finalları martın 31-də təşkil olunacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.
MM.AZ
