Əziz H.B.Zərdabini ehtiramla yad edirik-FOTO

Cəmiyyət
Bu gün böyük millət qurucusu, M.F. Axundovla birlikdə milli düşüncədə yeni səhifə açmış, “Əkinçi” qəzeti ilə millətə ictimai göz vermiş, xalqa teatr bəxş etmiş, yorulmaz maarifçi və millət fədaisi Həsən bəy Zərdabinin doğum günüdür.
Zərdabi bütün fəaliyyəti ilə cəhalətə qarşı vuruşmuş, milli tərəqqiyiyə, milli özünüdərkə, insan azadlığına xidmət etmiş, istiqlala, Cümhuriyyətə gedən yolun təməlini qoymuşdur. “Zərdabi 50 il gec doğulsaydı, Cümhuriyyət 50 il gec qurulacaqdı” (Mirzəbala Məmmədzadə) fikri heçdən yaranmamışdır.
Bu doğum günündə böyük mütəfəkkiri, əsl millət əkinçisi və millət fədaisi, əziz H.B.Zərdabini ehtiramla yad edirik..

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir