77 faiz səslə Xorvatiya prezidentini seçdi

Dünya

Bu gün Xorvatiyada keçrilən prezident seçkilərinin ikinci turunun qalibi bəlli olub.

MUASİRMEDİA.AZ xarici mətbuata istinadla xəbər verir ki, “Exit-poll” nəticələrinə görə, seçkilərdən Sosial Demokrat Partiyasının dəstəklədiyi hazırkı prezident Zoran Milanoviç üstün ayrılıb.

Məlumata görə, 77 faizdən çox səslə ikinci müddətə prezident seçilib.

Yeni prezident artıq  qələbəsini elan edib və xalqa təşəkkür edib.

Yeri gəlmişkən, onun rəqibi olan Xorvatiya Demokratik İttifaqından olan keçmiş təhsil naziri Draqan Primorac 22 faiz səs toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir