Xalq artistimiz Əli Qurbanovun (1898-1962) anım günüdür.
50 ildən artıq səhnədə olub. 200-ə yaxın müxtəlif rollarda çıxış edib, bəzi rolları bir neçə yüz dəfə oynayıb. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa edib. 40 ildən artıq C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının filmlərində də çəkilib. İlk dəfə 1928-ci ildə “Hacı Qara” filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov sonralar “Kəndlilər”, “Almaz” (Aftil), “Yeni Horizont”, “Səbuhi” (Ağalarov), “Bəxtiyar” (Qurban), “Doğma Xalqıma” (buruq ustası), “Mahnı Belə Yaranır” (Kor aşıq), “Qızmar Günəş Altında” (Əli dayı), “Qara Daşlar” (Usta Ramazan), “Ögey Ana” (çoban), “Bir Qalanın Sirri” (Kamran baba) və s. filmlərə çəkilib. Gürcüstanın əməkdar artisti Abbas Qurbanovun qardaşı, Xalq artisti Möhsün Sənanimiz və Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur.

MUASİRMEDİA.AZ