Azərbaycan futbolunda bu gün diqqətlər Misli Premyer Liqasının XI turuna yönələcək. Noyabrın 6-da ölkə çempionatında iki maraqlı qarşılaşma keçiriləcək.
Günün ilk oyununda Ağdamın “Qarabağ” klubu “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 18:00-da “Azersun Arena”da başlayacaq.
Turnir cədvəlində 19 xalla üçüncü pillədə qərarlaşan “Qarabağ” 18 xalla dördüncü olan “Turan Tovuz”la üz-üzə gələcək. Hər iki komanda üçün bu oyun turnir mövqeyini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.
Günün ikinci qarşılaşmasında isə lider “Neftçi” “Kəpəz”lə qarşılaşacaq. Saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək oyunda 21 xala malik Bakı təmsilçisi liderliyini qorumağa çalışacaq. “Kəpəz” isə 17 xalla beşinci yerdədir.
Turnir cədvəlində mübarizə qızışır
XI tur öncəsi ilk üçlük belədir:
- “Neftçi” – 21 xal
- “Sabah” – 20 xal
- “Qarabağ” – 19 xal
MUASİRMEDİA.AZ
